“Yaddaş” kitabı artıq portalımızda!

Psixologiya üzrə beynəlxalq səviyyəli mütəxəssis Viki Kalpinin “Yaddaş”  kitabı yaddaşını gücləndirmək istəyən hər kəsin masaüstü vəsaitinə çevriləcək.

 

Yeni kitabı sizə təqdim edirik. Hansı kitab idi?.. Mmm… Ah, hə, “Yaddaş” kitabı! Yaddaş bizim varlığımız üçün təməl bir qabiliyyətdir. Bəs siz yaddaş barədə nə dərəcədə məlumatlısınız və yaddaşınızı gücləndirmək üçün nə edirsiniz? Axı iş dünyasında peşəkar inkişafınız və rifahınız bundan asılıdır. Kitabda izah edildiyi kimi, epizodik və semantik yaddaş iş dünyasında mühüm rol oynayır.

 

Kitabda yaddaşın strukturu: sensor yaddaş, qısamüddətli yaddaş və uzunmüddətli yaddaş araşdırılır. Zəif yaddaşın səbəbləri (yorğunluq, zehinin həddindən artıq yüklənməsi və zəif konsentrasiya) və onun gücləndirilməsinin əsas prinsipləri (diqqət, səy, motivasiya və məna) ətraflı şəkildə izah edilir.

06.03.24 1121
close

Son yeniliklər

Site by One Studio