İnsan resurslarının idarə edilməsi və təlimi üzrə ixtisaslaşmış Rut Sangeylin “İntizam və şikayət” kitabı oxucuların ixtiyarına verildi.
“İntizam və şikayət” kitabı müəssisələrdə əmək intizamının qorunması və işçi şikayətlərinin ədalətli, sistemli şəkildə idarə olunması mövzusunu əhatə edir. Müəllif iş yerində intizam tədbirlərinin məqsədini cəza verməkdən daha çox, davranışın düzəldilməsi və məhsuldar iş mühitinin yaradılması kimi təqdim edir. Kitabda intizam prosesinin mərhələləri, qayda-qanunların aydın formalaşdırılması, rəhbərlərin məsuliyyəti və obyektiv qərar qəbuletmə prinsipləri izah olunur.
Kitabda həmçinin şikayət mexanizmlərinin əhəmiyyəti, işçilərin səsinin dinlənilməsi, münaqişələrin erkən mərhələdə həlli və ədalətlilik prinsipinin qorunması geniş şəkildə şərh edilir. Praktik nümunələr və tövsiyələr vasitəsilə oxucuya effektiv intizam və şikayət sistemlərinin qurulması yolları göstərilir. Kitab insan resursları mütəxəssisləri, menecerlər və təşkilati idarəetmə ilə maraqlanan oxucular üçün faydalı metodiki vəsait kimi dəyərləndirilə bilər.