“SOCAR Türkiyə”nin liderliyi ilə həyata keçirilən “Pocketbook” Layihəsi uğurla başa çatdı.

“SOCAR Türkiyə”nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi “Pocketbook” Layihəsi uğurla başa çatmışdır. Layihə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə icra edilmişdir.

Layihə çərçivəsində İngiltərədə nəşr olunan və beynəlxalq oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanan “Management Pocketbooks” seriyası üzrə 102 kitab Azərbaycan dilinə tərcümə edilmişdir. Bütün seriyanın redaktə və dizayn işləri tamamlanmış, resurslar rəqəmsal formatda istifadəyə verilmişdir.

Bu təşəbbüs vasitəsilə idarəetmə, liderlik, marketinq, büdcə və layihə idarəetməsi kimi texniki sahələrlə yanaşı, komanda işi, vaxtın idarə olunması, qərarvermə, problem həlli və effektiv ünsiyyət kimi fərdi inkişaf mövzularında praktiki biliklərin paylaşılması hədəflənmişdir.

“Pocketbook” Layihəsi biliklərin daha geniş auditoriya üçün əlçatan olması, o cümlədən gənclərin peşəkar və şəxsi inkişafına töhfə vermək məqsədilə həyata keçirilmişdir.

03.03.26 179
close

Son yeniliklər

Site by One Studio