“Təlimçilər” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra vəsaitlərin müəllifi olaraq artıq yaxşı tanıdığımız beynəlxalq səviyyəli mütəxəssis, “təlimçilərin təlimçisi” Con Taunsendin “Təlimçilər”  kitabı oxucuların ixtiyarına verildi. 

 

Kitab təlim kursunun və ya seminarın təşkili və keçirilməsinin bütün aspektlərinə qısa və praktiki yanaşma təqdim edir: öyrənmə nəzəriyyəsi və mühitini, sessiyların açılması və bağlanması üsulları, əyani vəsait və avadanlıqların düzgün seçimi və onlardan istifadə qaydaları, təlimə hazırlıq və qrup çalışmaları müfəssəl şəkildə izah edilir. Müəllif Con Taunsend yazır: “Bu yeni nəşr təlim texnologiyasındakı, xüsusən də audiovizual sahədəki irəliləyişləri nəzərə alaraq tamamilə yenidən işlənsə də, onu bütün dünyada illərdir ki, təlimçilərin sevimlisinə çevirən hələ də aktuallığını qoruyub saxlamış ənənəvi metodlara əsaslanmasıdır. Həmçinin auditoriya qarşısında onlayn rejimdə həyata keçirə biləcəyiniz çoxlu əyləncəli interaktiv vasitələr var: mənim kimi veteran təlimçilər üçün xəyallar gerçəkləşir!” 

11.01.24 729
close

Son yeniliklər

Site by One Studio