“İş yeri ilə tanışlıq ” kitabı artıq portalımızda!

İnsan resursları və təşkilati inkişaf üzrə mütəxəssislər Rut Sanqeyl və Filippa Vebsterin “İş yeri ilə tanışlıq”  kitabı mövzu ilə bağlı məlumatlanmaq istəyən bütün oxucuların suallarını cavablandıracaq. 

 

İlkin təəssürat böyük əhəmiyyət daşıyır! Yaxşı planlaşdırılmış “iş yeri ilə tanışlıq” proqramı yeni işçilərdə aidiyyət hissi yaradacaq, motivasiya və məhsuldarlığı artıracaq. “İdarəetmə kitabları” seriyasından Rut Sanqeyl və Filippa Vebsterin “İş yeri ilə tanışlıq” kitabı bütün səviyyələrdə bu prosesi uğurla həyata keçirməyin yollarını araşdırır. İş yeri ilə tanışlıq prosesinin faydaları göstərilir, bu prosesin icrasına kimlərin cəlb olunması (yalnız işçi heyəti deyil!) və prosesdən kimlərin keçməli olduğu (yalnız işə yeni qəbul olunanlar üçün deyil!) ətraflı şəkildə izah edilir, həmçinin bununla bağlı praktiki məsləhətlər verilir. Növbəti fəsillərdə isə iş yeri ilə tanışlıq prosesində qarşıya çıxa biləcək digər suallar da cavablandırılır: bu proses başqa hansı məsələləri əhatə etməli, nə vaxt və harada həyata keçirilməli, nəhayət, prosesin nəticələri necə qiymətləndirilməlidir. Kitabın sonunda iş yeri ilə tanışlıq prosesinin hər addımı üzrə bir yoxlama siyahısı və müxtəlif nümunələr təqdim olunur.

30.04.24 274
close

Son yeniliklər

Site by One Studio