“Fasilitatorlar” kitabı artıq portalımızda!

İnsan resurslarının idarə edilməsi və təkmilləşdirilməsi üzrə beynəlxalq səviyyəli təlimçilər Con Taunsend və Pol Donovanın həmmüəllifliyi ilə “Fasilitatorlar” kitabı oxucuların ixtiyarına verildi!
 
“Fasilitatotlar” kitabında müəlliflərin təqdim etdiyi model: “fasilitasiya və təlimin göy qurşağı” sizə möcüzəvi nəticələr qazandırmayacaq, ancaq  növbəti fasilitasiya sessiyanız üçün ən uyğun metodu qərarlaşdırmaqda çox kömək edəcək.“Fasilitatorlar” kitabının mərkəzində dayanan bu innovativ model fasilitasiyanın planlaşdırmadan başlamış icraya qədər  bütün mərhələlərini əhatə edən hərtərəfli bir təlimat rolunu oynayır.

Şəxslərarası ünsiyyət bacarıqları (bura prinsiplər və dəyərlər də daxildir) və fasilitasiya sessiyasını idarə etmək bacarıqları (həmçinin iştirakçıları aktivləşdirmək və problemin həll yollarını tapmaq qabiliyyəti) ətraflı şəkildə müzakirə olunur, o cümlədən 6 tipik fasilitasiya sessiyasına nümunələr və real situasiyaların təfərrüatlı izahı verilir.

24.07.23 651
close

Son yeniliklər

Site by One Studio