“360 dərəcə əks-əlaqə” kitabı artıq portalımızda!

İdarəetmə və liderlik üzrə beynəlxalq səviyyəli təlimçi Toni Pikokun “360 dərəcə əks-əlaqə”  kitabı oxuculara təqdim edildi. 

 

Müəllif Toni Pikok hesab edir ki, 360 dərəcə əks-əlaqə hər kəsin öz iş yerində əldə edə biləcəyi ən effektiv təcrübələrdən biridir. Bu kitab əks-əlaqənin şəxsi inkişaf, özünüdərketmə, istedadın müəyyən edilməsi üçün necə istifadə oluna və daha xətti təşkilati strukturlarda onun komanda üzvləri haqqında daha dolğun təsəvvürün formalaşdırılmasında rəhbərliyə necə kömək edə biləcəyini öyrədir. Burada əsas diqqət insanların davranışı, məşğul olduqları əmək fəaliyyətləri və dəyişikliyi təşviq etmək üçün rəylərin necə təmin edilməsinə yönəlir. Kitab əks-əlaqə ilə bağlı yarana biləcək hər hansı problemdən və etirazların aradan qaldırılmasından başlayaraq müəssisədaxili sistemin işlənib-hazırlanması, onun müsbət və mənfi cəhətlərinədək bütün prosesi mərhələ-mərhələ oxucuya izah edir. Məxfiliyin təmin olunması, eləcə də inkişaf planlarının paylaşılma yolları addım-addım sadə bir formatda açıqlanır.

07.02.24 1048
close

Son yeniliklər

Site by One Studio