ƏSASLI DƏYİŞİKLİKLƏR

Qiymətləndirin
0
Kitab haqqında
Şərhlər

Mövzu

Müasir biznes mühitində dəyişikliklərə uyğunlaşmaq müəssisələrin uğuru və davamlılığı üçün əsas şərtdir. “Əsaslı dəyişikliklər” kitabı bu proseslərin idarə olunmasına real, sadə və praktik yanaşmağın yollarını öyrədir. Müəllif Nimalan Neydselinqem tərəfindən işlənmiş “7C modeli” dəyişiklik prosesinin bütün mərhələlərini əhatə edir. Bu yanaşma vasitəsilə dəyişikliyin məqsədləri dəqiqləşdirilir, komanda və resurslar effektiv şəkildə yönləndirilir, insanlarda inam və məqsədyönlü yanaşma formalaşdırılır, kommunikasiya güclənir, əldə edilən nəticələr uzunmüddətli perspektivdə möhkəmləndirilir. Kitabın üstünlüyü ondadır ki, hər bir mərhələ üzrə sadə izahlar, praktik məsləhətlər və effektiv alətlər təqdim olunur. Bu isə onu həm menecerlər və liderlər, həm də dəyişiklik layihələrində çalışan mütəxəssislər üçün faydalı bir bələdçiyə çevirir. Qısa, yığcam və asan oxunan bu kitabdan müəssisənizdə həyata keçirilən dəyişiklik prosesini uğurla idarə etmək üçün istifadə edə bilərsiniz.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2014
Səhifə sayı
113
Kateqoriya
Tərcüməçi
Könül Nəsibova
Redaktor
Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov

Oxşar kitablar

Ən çox oxunan kitablar

Site by One Studio