Davamiyyətsizliyin idarə edilməsi

Qiymətləndirin
0
Kitab haqqında
Şərhlər

Mövzu

M. Eggertin bu kitabında işdən qalma, yəni davamiyyətsizlik hallarının səbəbləri araşdırılır, onları minimuma endirmək üçün konkret, sadə və praktik yanaşmalar təklif edilir. Müəllif 60-dan artıq üsul və metod ilə iş yerində davamiyyəti artırmağın yollarını göstərir. Kitabda davamiyyətsizliyin əsas səbəbləri – həm fiziki, həm də psixoloji amillər təhlil olunur. İşçilərin motivasiya çatışmazlığı, iş mühitində narazılıq, stres, zəif idarəetmə, şəxsi problemlər və xəstəlik kimi amillərin necə təsir göstərdiyi izah edilir. İşəgötürənlər və idarəçilər üçün əmək qanunvericiliyinə uyğun hərəkət etmək, davamiyyət siyasətini düzgün tətbiq etmək, əməkdaşlarla münasibətləri qorumaq və ədalətli yanaşma prinsiplərini təmin etməyin yolları göstərilir. Ümumilikdə, “Davamiyyətsizliyin idarə edilməsi” kitabı İR mütəxəssisləri, idarəçilər və biznes sahibləri üçün davamiyyətsizlik hallarını effektiv şəkildə idarə etməyi öyrədən yığcam, lakin məzmunlu bir bələdçidir: dili sadədir, quruluşu isə tez öyrənməyə və dərhal tətbiq etməyə imkan verir.

Təfərrüatlar

Müəllif
Nəşr tarixi
2009
Səhifə sayı
126
Kateqoriya
Tərcüməçi
Günel Nəzərova
Redaktor
Könül Nəsibova, Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov

Oxşar kitablar

Ən çox oxunan kitablar

Site by One Studio