Mövzu
“Attestasiyanızın idarə edilməsi” kitabı rəhbərin deyil, məhz qiymətləndirilən əməkdaşın baxış bucağından yazılmış praktik bir vəsaitdir. Kitab işçiyə öz karyera inkişafına nəzarəti ələ almaqda, fəaliyyətinin qiymətləndirilməsinə lazımi qaydada hazırlaşmaqda və əldə olunan nəticələrdən şəxsi peşəkar inkişafı üçün düzgün şəkildə faydalanmaqda kömək edir.
Müəllif Maks A. Eggert attestasiya sisteminin necə işlədiyini, hansı məqsədlərə xidmət etdiyini və işçinin öz fəaliyyətinin hansı meyarlarla qiymətləndirildiyini daha aydın başa düşməsinə necə yardım etdiyini açıqlayır. Kitab attestasiya müsahibəsinə hazırlıq, nailiyyətlərin düzgün təqdim olunması, eləcə də peşəkar inkişaf üçün rəylərin necə alınmalı və istifadə edilməli olduğunu ətraflı şəkildə izah edir. Müəllif göstərir ki, attestasiya, sadəcə, formal prosedur deyil, karyeranı şüurlu şəkildə idarə etmək, real hədəflər qoymaq, güclü tərəfləri möhkəmləndirmək, o cümlədən inkişaf və öyrənmə imkanları əldə etmək üçün səmərəli bir vasitə ola bilər.
Təfərrüatlar
Müəllif
Nəşr tarixi
1996
Səhifə sayı
114
Kateqoriya
Tərcüməçi
Könül Nəsibova
Redaktor
Svetlana Quliyeva
Dizayner
Tariyel Kərimov