“Təlimin qiymətləndirilməsi” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra vəsaitlərin müəllifi olaraq artıq yaxşı tanıdığımız beynəlxalq səviyyəli təlim mütəxəssisləri Con Taunsend və Pol Donovanın “Təlimin qiymətləndirilməsi”  kitabı oxucuların ixtiyarına verildi. 

 

“Təlimin qiymətləndirilməsi” kitabının ikinci nəşri təlim kurslarının nəticələrinin necə ölçüləcəyini qısa, aydın və bir sıra məlumatlandırıcı nümunələrlə izah edir. Təlim fəaliyyətinin qiymətləndirilməsi prosesinin “sirrini açmaq” üçün 9 mümkün nəticənin ölçülməsi irəli sürülür: təlimə reaksiya, təlimin təşkilindən məmnunluq, biliklərin əldə edilməsi, bacarıqların təkmilləşdirilməsi, münasibət dəyişikliyi, davranış dəyişikliyi, təşkilati nəticələr, investisiyanın rentabelliyi və psixoloji kapital. Kitabın müəllifləri Pol Donovan və Con Taunsenddir: onlar “İdarəetmə kitabları” seriyasından daha üç vəsaitin də – “Fasilitatorlar”, “Təlim ehtiyaclarının təhlili” və “Öyrənilənlərin ötürülməsi” kitablarının həmmüəllifləridir.

24.01.24 1067
close

Son yeniliklər

Site by One Studio