“Sərbəst inkişaf” kitabı artıq portalımızda!

“İdarəetmə kitabları” seriyasından bir sıra kitabların müəllifi, o cümlədən müstəqil idarəetmə üzrə təlimçi, məsləhətçi və kouç Fiona Elza Dentin “Sərbəst inkişaf” kitabı oxuculara təqdim edildi.

Sərbəst inkişaf elə bir prosesdir ki, burada öz inkişafınıza görə məhz siz məsul olur və onu özünüz idarə edirsiniz. “Sərbəst inkişaf” kitabında müəllif Fiona Elza Dent bu prosesi izah etməklə yanaşı, bir sıra müəssisələrin onu insan resursları və ya təlimlə bağlı şöbələrin inkişaf strategiyasına daxil etmə səbəblərini də açıqlayır. Kitab özünüdərketmə, düşünmə və fəaliyyət planlaması vasitəsilə şəxsi və peşəkar inkişafa istiqamət vermək, o cümlədən bu məsuliyyətli prosesi təşviq etmək məqsədilə hazırlanmış qısa vəsaitdir. Müəllif müasir iş yerində özünüinkişafın vacibliyini vurğulayır, həmçinin məqsədlərin müəyyən edilməsi və onların həyata keçirilməsi üçün praktik alətlər və üsullar təqdim edir. Kitabda həm də sərbəst inkişafda uğur qazanmış və prosesə həvəslə qoşulan insanlarla bağlı bir neçə real situasiya nümunəsi və araşdırma nəticələri ilə də tanış olacaqsınız.

18.06.25 38
close

Son yeniliklər

Site by One Studio